Cəlilabad `Hərbi Komissarlığı`nda əməllicə `alver` gedir - İTTİHAM
"Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana".


Dahi şair Nizami Gəncəvinin hələ bir neçə əsrlər əvvəl "Sirlər xəzinəsi"ndə vurğuladığı bu beyt taa o zamandan bu zamana qədərki bütün oxucuları, eləcə də el arasında "məmur tayfası" deyilən bütün səlahiyyət sahibləri üçün örnək olacaq sözlərdir. Çox təəssüflər olsun ki, elə bir zamana gəlmişik ki, əlində kiçik-böyük fərq etmir, hər hansı bir səlahiyyəti olanların çoxlarının ilk ticarəti öz vicdanı olur. Pul qarşılığında insanlığa, vicdana (olan yerdən) sığmayan elə işlərə imza atırlar ki, adamın "əli-ayağı yerdən üzülür".

İnsanların sağlamlığı üzərində alış-veriş edən kim, mənəviyyatı üzərindən edən kim, qul haqqını yeyən kim və sair... Nələr gördük, nələr eşitdik bu balaca ölkədə. Bir "əsgər alveri"ni eşitməmişdik, 2021-ci ildə onu da eşitdik. Amma, deyəsən hələ 2021-ci ildə məlumatını aldığımız SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi (Hazırkı Sabirabad rayon şöbəsinin rəisi) Əlsafa Məmmədov bu biznesdə tək deyilmiş. Biz Beyləqan sakinlərinin redaksiyamıza ünvanladığı məktubu oxuyan zaman həm çox təəssüflənib, həm də çox təəccüblənmişdik. Hansı ki, 2020-ci ildə müharibə ərəfəsində, hər kəsin həssas dönəmində - kiminin balasından, kiminin atasından, kiminin həyat yoldaşından, kiminin nişanlısından, kiminin dostundan nigaran olduğu bir dönəmdə sən demə kimlərsə də insanlığa sığmayan ticarətini düşünürmüş - sözün əsl mənasında "ƏSGƏR ALVERİ".

Biz məlumatı alar-almaz qarşı tərəflə əlaqə saxladıqdan, həmçinin aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də rəsmi sorğu göndərdikdən sonra "DogruXeber.az" informasiya portalında yayımladıq. Yalnız bundan sonra xidmətin o zamankı rəhbəri Arzu Rəhimov qohumu olduğu deyilən Əlsafa Məmmədovu güya işdən çıxardı. Lakin, çox qısa zaman içərisində eyni vəzifə ilə Sabirabad rayonuna göndərdi. Bu isə "gedin sualınızı rəhbərliyə verin" deyən Əlsafa Məmmədovun bu sözü niyə dediyinin, eləcə də rayon sakinlərinin onun Arzu Rəhimovla qohumluğu barəsində dediklərinin həqiqəti əks etdirdiyinin aşkar göstəricisi idi.

Amma, görünür rəhbərinə və rəhbərlikdə çalışan bəzi səlahiyyət sahiblərinə kürəyini söykəyib özünə dövlət xidmətində biznes quran təkcə Əlsafa Məmmədov deyilmiş.

Belə ki, bir neçə gün əvvəl Cəlilabad rayon sakinləri tərəfindən redaksiyamıza daxil olan bir məlumatı yayımlamışdıq. Hansı ki, həmin məlumatda SHXÇDX-nin Cəlilabad rayon şöbəsində çalışan zabit Mahir Əkbərovun əli ilə kimlərinsə hərbidən yayınmasında bəhs edilirdi.
Deyilənə görə Cəlilabad rayonunda Mahir Əkbərovun "xüsusi köməkliyi" ilə hərbidən yayınanların əksəriyyəti "yastıpəncəlilik" diaqnozu ilə yayındırılır.

Bu dəfə isə mövqe öyrənmək istərkən, özündən razı halda yüksək səs tonu ilə - "mənə telefonla niyə zəng etmisiniz?", deyib telefonu söndürən Mahir Əkbərovun bütün bunları kimlərin əli ilə həyata keçirdiyini, eləcə də bizə göndərilən adlardan (hansı ki, deyilənə görə rüşvət müqabilində saxta diaqnozla yayındırılıb) hələlik ikisini sizə təqdim edəcəyik.

İlk əvvəl burdan başlayaq ki, mənbənin redaksiyamıza bildirdiyinə görə Mahir Əkbərovun bütün bu saxta diaqnozları əldə etməsində əsas "tərəf müqabili" hərbi həkim komissiyasının sədri Vüqar Mirzəyevdir.

Məhz Vüqar Mirzəyevin birbaşa yardımı ilə hərbidən yayınmaq istəyən şəxslər üçün müəyyən məbləğ qarşılığında saxta diaqnozlar verilir.

Məsələn, Cəlilabad rayon Buravar kənd sakinləri Abasov Sahib Eyvaz oğlu, Şahmarov Ramil Əlhüseyn oğlu və sair şəxslər bu yolla çağırışdan yayınanlardandır.

Hətta, saxta hərbi bilet verilən şəxslər var ki, heç ümumiyyətlə Azərbaycanda yaşamırlar, amma "möcüzə"yə baxın ki, sərhəddi bəri keçmədən hər dəfə vaxtlı-vaxtında hərbi həkim komissiyasından keçirlər.

Məsələn, Cəlilabad rayon Hamarqışlaq kənd sakini Astanov Mais Əzizağa oğlu özü ölkədə olmadan təkrar tibbi komissiyadan keçib. Eləcə də əldə etdiyimiz məlumata görə Mais Astanov kimiləri Cəlilabad rayonunda yüzlərlədir.

Bundan əlavə əsgərlik yaşına çatmış abituriyentlər var ki, onlar bu səbəbdən ali məktəblərə sənəd verə bilmirlər. Belə olan halda, yenə də onların köməyinə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun da rəhbərliyi ilə Mahir Əkbərov və Vüqar Mirzəyev birliyi çatır. Belə ki, mənbənin redaksiyamıza bildirdiyinə görə, həmin abituriyentlərə 3 aylıq möhlət əldə etmək üçün 1500 (min beş yüz) manat qarşılığında, müxtəlif sağalan xəstəlik diaqnozları verilir, 6 aylıq möhlət üçün isə 2200-2500 manat arası məbləğ tələb olunur. Həmin məbləği ödəyən şəxslər göndəriş əsasında Bakı şəhərinə müəyyən xəstəxanalara göndərilir, güya müayinələrdən keçirilir və lazım olan arayış verilir.

Qeyd edək ki, redaksiyamıza etibarlı mənbələrdən verilən məlumata görə o, abituriyentlərə möhlət hüququnun verilməsi işinidə əsasən komisarlıqda mülki işdə işləyən Ramil Həsənov baxır. Yəni, ortada pul alıb-verən, rayon sakinlərinin özünün dili ilə desək, "makler" Ramil Həsənovdur.

Yeri gəlmişkən, növbəti yazılarımızda qısamüddətli xəstəlik diaqnozları təyin edən həmin xəstəxanaların da adlarını qeyd edəcəyik.

Hə, indi gələk əsas məsələyə. Demək, redaksiyamıza etibarlı mənbədən verilən məlumata görə Mahir Əkbərova "krişalıq" edənlərdən biri Hərbi Prokurorluqda, digəri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində çalışır.

Bu dəfə həmin şəxslərin adlarını çəkmirik. Çünki, redaksiyamız adından SHXÇDX-nə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərmişik. Növbəti yazılarımızda aidiyyatı qurumların məsələyə münasibətini və həmin şəxslərin adlarını qeyd edəcəyik.

P.S: Təəssüf ki, müəyyən səbəblərdən Vüqar Mirzəyev və Ramil Həsənovla əlaqə saxlayıb, məsələyə münasibətlərini öyrənməyimiz mümkün olmadı.
Bütün bu məlumatlarla bağlı adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti